Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altı yaşı tamam olmayan uşaqlar üçün yenilik

06.07.2018 [17:45]

Altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumtəhsil müəssisələrinin birinci sinfinə müsabiqəsiz qəbul ediləcəklər. Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb. Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.