“Keyfiyyətin təminatı: məktəb idarəetməsi və qiymətləndirmə” mövzusunda müzakirələr aparılıb
09.07.2018 [13:36]
Xəbərin mətni
İyulun 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Keyfiyyətin təminatı: məktəb idarəetməsi və qiymətləndirmə” mövzusuna həsr olunan konfransda idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və KİV-lərin nümayəndələri iştirak ediblər.