ELM VƏ TƏHSİL


Ulduzların hekayəti - Rəsədxanadan REPORTAJ

Azərbaycanda astronomiya elminin tarixi böyük alim Nəsirəddin Tusinin adı ilə bağlıdır. Dünyanın ən böyük və ən mükəmməl rəsədxanası məhz Azərbaycanda Nəsirəddin Tusi tərəfindən qurulub. Şamaxı Astrofizika Rəsədxanası Böyük Qafqaz dağının şimali-şərqində Pirqulu dağının-şərq yamacında yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Şamaxı Astrofizika Rəsədxanası çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanaları ilə müqayisədə müəyyən üstünlüklərə malikdir.