ELM VƏ TƏHSİL


İyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb ediləcək.