ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 7 minə yaxın vakant yeri çıxarılıb

İyulun 16-dan start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün ibtidai sinif müəllimliyi üzrə keçirilən imtahanların keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib. Mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak edib.