ELM VƏ TƏHSİL


Riyaziyyat müəllimi olmaq istəyənlər iyulun 23-də test imtahanı verəcəklər

İyulun 23-də riyaziyyat üzrə keçiriləcək test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.