MƏDƏNİYYƏT


Lyubov Uspenskaya “Ağ çiçəyim” oxudu

Bakıda "Jara-2018" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi keçirilib. Onun Azərbaycan dilində oxuduğu "Ağ çiçəyim" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gecədə Lyubov Uspenskaya Soso Pavliaşvili, Dominik Coker, Aleksandr Panayotov və başqaları ilə duetlər də oxuyub. Şövqlü ifa və rəqslər tamaşaçılarda xoş anlar yaşadıb. Lyubov Uspenskayanın yaradıcılıq gecəsi “Jara-2018” çərçivəsində sonuncu tədbir olub.