MƏDƏNİYYƏT


“Rossiya-24” telekanalında X Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə reportaj yayımlanıb

Telekanalın müxbiri artıq bir neçə gündür Azərbaycanın Qəbələ şəhərində Kuba salsası, ispan flamenkosu, gürcü cazı və əlbəttə, klassik musiqinin səsləndirildiyini qeyd edir. Burada X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir, adlı-sanlı sənətçilər və yenicə addım atan musiqi qrupları eyni səhnəni bölüşürlər.