MƏDƏNİYYƏT


"Euronews" da Qəbələ Beynəlxalq Musiqi Festivalından reportaj yayımlanıb

"Bir həftə idi ki, yerli sakinlər və turistlər Qəbələyə gətirilən əsl sərvətdən - salsa, flamenko, caz və əlbəttə ki, klassik musiqidən zövq aldılar. On il bundan əvvəl isə festivalın repertuarında daha çox klassik musiqiyə yer verilirdi. Lakin vaxt keçdikcə festivalın formatı da genişləndi". Bu fikirlər Euronews telekanalının bu gün təqdim etdiyi reportajda səsləndirilib.