MƏDƏNİYYƏT


Milli rəqsimiz Toronto rəqs festivalında

Kanadanın Toronto şəhərində ənənəvi “Taste of the Danforth Festival 2018” rəqs festivalı keçirilib. Festivalda Torontoda yaşayan həmyerlilərimizdən ibarət rəqs kollektivi də iştirak edib. Bu barədə AZƏRTAC-a Kanadada fəaliyyət göstərən EL TV-dən məlumat verilib. Bilidirilib ki, Kanadada hər il keçirilən ənənəvi festivalda həmyerlilərimizdən ibarət “Azerbaijani Dance Class in Toronto” qrupu da daim iştirak edir. Hər il olduğu kimi rəqs qurupunun bu ilki festivaldakı çıxışı da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.