Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir

20.08.2018 [13:47]

Xəbərin mətni
Bizim rəsmi mövqeyimiz yaxşı məlumdur. Biz Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Rusiya bu qrupun həmsədridir. Məqsədimiz münaqişə tərəflərinin razılığa gəlmələri üçün onlara dəstək verməkdir. AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu sözləri avqustun 20-də keçirilmiş mətbuat konfransında deyib.