MƏDƏNİYYƏT
Azərbaycan Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə sərgilənib
30.08.2018 [10:36]
Xəbərin mətni
Nijnevartovsk şəhərinin mərkəzi kitabxanasında nadir bir sərgi açılıb: Bakı şəhərində fəaliyyət göstərən, dünyada yeganə olan miniatür kitab muzeyinin 165 nüsxə ekspozisiyası təqdim olunub.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiyanın uğra-tv telekanalı bu sərginin açılışından süjet hazırlayıb. Verilişdə qeyd edilir ki, ən kiçik eksponatlar arasında ölçüləri cəmi 3x3 millimetr olan, yeddi dilə tərcümə edilmiş Bibliya xüsusi yer tutur. Burada rus klassiklərinin və xarici müəlliflərin qədim və müasir kitabları da var.