Nigeriya televiziyasında Azərbaycan mətbəxi silsiləsindən növbəti veriliş yayımlanıb
08.09.2018 [18:42]
Xəbərin mətni
Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində 13 hissədən ibarət "Azərbaycan təamları" filminin növbəti buraxılışı olub.
AZƏRTAC xəbər verir ki, bu dəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.