ELM VƏ TƏHSİL


IFAC-ın növbəti konfransının Bakıda keçirilməsi Azərbaycan elmi üçün mühüm hadisədir

Avtomatika və robotika sahəsində səmərəli fəaliyyət göstərən “Azərbaycan Robotika və Avtomatlaşdırma” Cəmiyyəti (ARAS) qısa vaxtda müvafiq istiqamətdə bir sıra uğurlara imza ataraq IFAC-ın üzvü seçilib. IFAC-ın 18-ci beynəlxalq konfransının Bakıda keçirilməsinin məqsədi avtomatika və robotika sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün tanınmış alim və mütəxəssisləri ölkəmizdə bir araya gətirməkdir.