Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Azərbaycan Şənbə Günü Məktəbi növbəti tədris ilinə start verib

17.09.2018 [10:53]

Xəbərin mətni
Vaşinqtonda yerləşən Azərbaycan Şənbə Günü Məktəbi yeni tədris ilinə start verib. 2017-ci ilin fevral ayında təsis edilmiş məktəbin dərsləri Vaşinqton şəhərindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində keçirilir. Dərslər Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilir.