İDMAN


Futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar

Sentyabrın 26-da Bakı İdman Sarayında braziliyalı futbolçu, ikiqat dünya çempionu Kafu Xüsusi Olimpiya Hərəkatı ilə dünya üzrə səfiri elan edilməsinə dair sənəd imzalayıb. AZƏRTAC xəbər verir ki, mərasimdə Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.