ELM VƏ TƏHSİL


AMEA-da Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq. AZƏRTAC xəbər verir ki, mərkəzin açılmasına dair anlaşma memorandumu AMEA-nın vitse-prezidenti, institutun direktoru İsa Həbibbəylinin Çinə səfəri zamanı imzalanıb.