ELM VƏ TƏHSİL


AMEA Rəyasət Heyətinin və Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib

Oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır