SİYASƏT


Forumun işçi sessiyasında “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzusu müzakirə olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək deyib ki, bu gün Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.