ELM VƏ TƏHSİL


UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “24/7 kitabxana”nın açılış mərasimi olub. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, UNEC-in rektoru Ədalət Muradov iştirak ediblər. AZƏRTAC xəbər verir ki, ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib.