CƏMİYYƏT


“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Noyabrın 5-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, 3 min sakinin məskunlaşdığı 186, 188 və 194 saylı binaları əhatə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır