Gənc müəllim: Əsas məqsədim şagirdləri təhsilə yönləndirməkdir
15.11.2018 [15:29]
Xəbərin mətni
Müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək bu tədris ilindən Şabran rayonunda pedoqoji fəalliyətə başlayan Könül Əhmədova kimya fənnindən dərs deyir. Çayqaraqaşlı ümumi orta məktəbində 40-a yaxın şagird təhsil alır. Kimya fənni məktəbin VII-IX siniflərində tədris olunur. Gənc müəllimin əsas məqsədi kənddə yaşayan uşaqları, xüsusilə də qızları təhsilə yönləndirmək, cəmiyyətə faydalı vətəndaş kimi qazandırmaqdır.