ELM VƏ TƏHSİL


Sofiyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin beş illik yubileyi qeyd olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birgə təşkilatçılığı ilə sözügedən universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının beş illik yubileyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi təşkil edilib.