MƏDƏNİYYƏT


Ucuz aviabileti necə əldə etmək olar - Qış tətillərinə hazırlıq

Yeni ildə tətil günlərini xarici ölkələrdə keçirmək istəyən insanlar yetərincədir. Bəs tətilini səmərəli keçirmək istəyənlər ucuz aviabiletləri necə əldə edə bilərlər? Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, bunun üçün ən vacibi erkən rezervasiya etməkdir. Ekspert bildirir ki, bölgələrdə istirahət etmək istəyənlər də otelləri əvvəlcədən bron etməyə tələsməlidirlər.