MƏDƏNİYYƏT


Şabran dram dərnəyinə Xalq Teatrı adı verilib

Noyabrın 27-də kollektiv yeni ad altında ilk tamaşasını təqdim edib. İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Hökmdar və qızı” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri olan Cabir Əmrahovdur. Yeni yaradılan kollektiv 22 nəfərlik aktyor heyətindən ibarətdir.