Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin “Kanal 7” televiziyasında Azərbaycandan bəhs olunub

28.11.2018 [14:49]

Xəbərin mətni
Türkiyənin "Kanal 7" televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin bu dəfəki buraxılışında Azərbaycandan bəhs olunub. AZƏRTAC xəbər verir ki, verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir. Aparıcı izləyicilərinə Bakıda ilk dəfə şəhər turuna çıxdığını deyir. Bildirir ki, Azərbaycanın paytaxtı müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə çəkən bir şəhərdir.