MƏDƏNİYYƏT


UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi münasibətilə konsert olub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb. AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə konsert təşkil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır