MƏDƏNİYYƏT


“YARAT” növbəti səyyar sərgisini Şəmkirdə təqdim edib

YARAT Müasir İncəsənət Məkanı Şəmkirdə "Ulduzlu səmalar" adlı səyyar sərgini təqdim edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Ulduzlu səmalar" sərgisində Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd və Fərid Rəsulovun əsərlərindən təşkil edilmiş ekspozisiya nümayiş olunur.