MƏDƏNİYYƏT


Cənubi Koreyada ilk dəfə Azərbaycan xalçalarının sərgisi açılıb

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı, “Azərxalça” ASC-nin dəstəyi ilə Seul şəhərində “Xalçalar-Azərbaycanın inciləri” adlı sərgi açılıb. Cənubi Koreyada Azərbaycan xalçalarının ilk dəfə nümayiş olunduğu sərgi dekabrın 19-dək bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi etmiş Koreya Fondunun Qalereyasında keçirilir. Sərgidə Azərbaycanın 9 xalçaçılıq məktəbinə (Bakı, Qarabağ, Qazax, Quba, Gəncə, İrəvan, Naxçıvan, Şirvan, Təbriz) aid olan 18 xalça nümayiş etdirilir.