MƏDƏNİYYƏT


Azərbaycan Latviyada xeyriyyə yarmarkasında təmsil olunub

Riqa Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və xarici ölkələrin Latviyada akkreditə olunmuş səfirliklərinin dəstəyi ilə 22-ci Beynəlxalq Milad xeyriyyə yarmarkası keçirilib. Yarmarkada Latviyada fəaliyyət göstərən diplomatik korpusun 30-a yaxın stendi yer alıb. Azərbaycanın Latviyadakı səfirliyi xeyriyyə yarmarkasında təmsil olunub. Səfirliyin əməkdaşlarının dəstəyi ilə hazırlanmış Azərbaycan pavilyonunda milli mətbəxin təamları, habelə ölkəmiz haqqında bukletlər təqdim olunub.