MƏDƏNİYYƏT


Fiziki məhdudiyyətli şəxslərin əl işləri İçərişəhərdə nümayiş olunur

Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçirilir. Sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, bədii tikmə, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələrindən ibarət 1500-dən çox əl işi nümayiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır