CƏMİYYƏT


BİZ DƏ HAMİ KİMİYİK
Fiziki məhdudiyyətli insanlar ilk öncə özlərinə inanmalıdır

20 yaşlı Mətanət Quliyeva 7-ci sinifdən bəri xəstəliyi ilə əlaqədar yerimə qabiliyyətini itirib. Buna baxmayaraq o, yaşamaq həvəsini itirməyib. Hazırda boccia idman növü ilə məşğul olur, kitab yazır, əl işləri hazırlayır. Bununla yanaşı mədəni və sosial layihələrdə yaxından iştirak edir.