MƏDƏNİYYƏT


Səhrada qurumayan “Aypara” gölü – Çin oazisi

Çinin bu yaşayış məskəni İpək Yolunun qədim qapısı hesab olunur. Hər tərəf səhralıq olsa da şəhər başdan ayağa yaşıllıqlara bürünüb. Ən maraqlı yerlərindən biri isə səhranın ortasındakı oazisdir. Bu aypara formalı göl təbii su mənbəyi kimi 2 min ildir mövcudluğunu saxlayır. Gölün səhrada qurumamasının səbəbi hələ də elmə məlum deyil. Oazisdə qədimdə səyahətçilər üçün məbəd də tikilib. Hər il buranı milyonlarla turist ziyarət edir. Oazis YUNESKO-nun Dünya İrsi siyahısına daxildir.