MƏDƏNİYYƏT


“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir

Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. “Nargis Fund”un təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək. Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada doğma və yaxınlar üçün Yeni il hədiyyələri – suvenirlər, kitablar, geyim və şirniyyat almaq və bununla da ehtiyacı olan bir çox uşaqlara sevinc bəxş etmək olar.