Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan komandası “Vo ves qolos” müsabiqəsində qalib gəlib

16.12.2018 [10:16]

Müsabiqədə 9 ölkəni təmsil edən komandalar “Qadın vokalı”, “Kişi vokalı” və “Qrupun çıxışı” nominasiyaları üzrə ən yüksək qiymətə layiq olmaq uğrunda iki ay mübarizə aparıblar. Azərbaycan komandası hər bir nominasiyada layiqli təmsil olunub. Səbinə Quluzadə və Emin Məmmədovun, habelə Aliyə Əliyeva, Aytən Hacıyeva, Rüfət Məmmədov və Sevil Əsədullayevanın daxil olduğu “FİRELAND” vokal qrupunun çıxışları münsiflər heyətini heyran edib.