MƏDƏNİYYƏT


“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə yeniliklərlə start verib

Bu mövsüm ilk dəfə olaraq kompleks ərazisində qonaqların rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və başqa əyləncə və iaşə mərkəzləri istifadəyə verilib. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi qış əyləncəsi qonaqların zövqünü oxşayacaq.