MƏDƏNİYYƏT


Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin təmirdən sonra açılışı olub

Bakı şəhərinin mərkəzində yerləşən Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi paytaxtın ən uğurlu musiqi ocaqlarındandır. Məktəbin uğuru hər zaman yetirmələrinin fəaliyyəti, burada dərs deyən müəllimlərin zəhməti ilə ölçülüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xəti ilə bu təhsil ocağının təmiri həyata keçirilib. AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 22-də sözügedən məktəbin təmirdən sonrakı açılış mərasimində deyib.