MƏDƏNİYYƏT


Miniatür Kitab Muzeyində Elmira Əliyevanın kitabının təqdimatı olub

AZƏRTAC xəbər verir ki, muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək təqdimatı keçirilən nəşrin tanınmış jurnalistin dördüncü kitabı olduğunu bildirib. O deyib: "Biz Elmira Əliyeva ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Elmira Əliyevanın məqalələrindən ibarət növbəti topluda Vətəninə şöhrət qazandıran Azərbaycan xalqının görkəmli nümayəndələri haqqında parlaq məqalələr təqdim edilib. O, həmin insanların hər biri haqqında çox maraqlı əhvalatlar danışa bilər".