CƏMİYYƏT


Xaçmazda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib

Hadisə axşam saatlarında Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistralda hərəkətdə olan 27-BX-591 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçən Qusarçay kənd sakini Xavər Cəfərovanı vurub. Yaşlı qadın hadisə yerində ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır