Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

07.01.2019 [11:03]

Xəbərin mətni
Bu bayram Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır.