CƏMİYYƏT


Balaxanıda narkotika satan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.