Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanovda marketlərdən birində müştərinin çantası oğurlanıb

25.01.2019 [12:00]

Xəbərin mətni
Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb. Bu barədə zərərçəkən rayon polis idarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb.