CƏMİYYƏT


Xaçmazda polis əməkdaşları gəncin həyatını xilas ediblər

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməkdaşları, polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyev ciddi təhlükə ilə üzləşən gənci xilas ediblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 5-də Xaçmaz rayonunun Xudat şəhəri ərazisində avtopatrul xidmətini yerinə yetirən polis əməkdaşları bir nəfər şəxsin anidən yerə yıxıldığını görüblər. Bu hal ətrafdakı insanlar arasında çaşqınlığın yaranmasına səbəb olsa da, polis əməkdaşları özlərini itirməyib, dərhal huşsuz vəziyyətdə olan vətəndaşın köməyinə yetişiblər.