MƏDƏNİYYƏT


Elnarə "Xocalıya ədalət" oxudu

Müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına çəkilən klipi təqdim edib. AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımına həsr edilmiş bu klipin digərlərindən fərqi mahnının sözlərinin, həmçinin işarət dilində nümayişi olub. İngilis və Azərbaycan dillərində olan mahnının sözləri Yusif Savalanın, musiqisi Elnarə Xəlilovaya, aranjimanı Emil Həşimova məxsusdur.