İQTİSADİYYAT


Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb

Martın 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə edilmiş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə diplomatik korpus nümayəndələri vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb.