CƏMİYYƏT


Azərbaycan haqqında təqdimat Haciyogi məktəbliləri tərəfindən maraqla qarşılanıb

Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Hachiyoji İnternational Assosiation” təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin şagirdləri və müəllimlər iştirak ediblər. Əvvəlcə qonaqlar məktəbin kitabxanası ilə tanış olublar. Mərkəzin sədri Xəlil Kələntər Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən buraxılan Azərbaycanın tarixi və mədəniyyəti haqqında yapon dilində nəşrləri, “İrs-İsan” jurnalının nömrələrini məktəbə hədiyyə edib.