FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
04.03.2019 [22:17]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməyin vacibliyi qeyd olunub.