Bakının qəsəbədaxili yollarında təmir işləri aparılır
07.03.2019 [14:29]
Hazırda Binəqədi, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrində təmir-tikinti işləri davam etdirilir. Sözügedən qəsəbələri əhatə edən 12 km-dən çox küçə və yolların 100 min kv.m-ə yaxın sahəsini əhatə edir. Bu Binəqədi qəsəbəsində 1-ci mədən və 2-ci mədən küçələri, 2-ci mədən küçəsinin 70-92-ci korpuslarını əhatə edən yolları, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi və bu küçəyə paralel qəsəbədaxili yolun, həmçinin 28 may qəsəbəsinin daxili yollarıdır.