Novruz yarmarkalarında qiymətlər bazarlarla müqayisədə 50 faiz ucuzdur
09.03.2019 [12:45]
Xəbərin mətni
Ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı yarmarkaları təşkil olunub. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev paytaxtın 3-cü mikrorayonu ərazisində təşkil olunmuş yarmarkada deyib.