Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib

14.03.2019 [12:26]

Xəbərin mətni
Xaçmazda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işləri həyata keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.